CİNSİ XƏSTƏLİKLƏR VƏ SEKSUAL-PSİXOLOJİ PROBLEMLƏRİN ANONİM ŞƏKİLDƏ BƏRPAEDİCİ KOMPLEKS MÜALİCƏSİ

Cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır...

Dr.Həsən Səmədov

androloq-seksoloq

Zərərli vərdişlər

SİQARET ÇƏKMƏK İMPOTENSİYA TÖRƏDİR!!!

 "Əvvəl siqaret çəkirsən ki, kişi olduğunu isbat edesən, sonra siqaretdən qurtulmaq, atmaq istəyirsən ki, kişi olduğunu isbat edesen. " Jorj Simenon

 Dünya səhiiyə təşkilatına görə Siqaret "21 əsrin Taunudur". Buna görə də dünyanın əksər dövlətləri Siqaretə qarşı məhdudiyyətlər, qadağalar həyata keçirirlər, onun sağlamliğa nə qədər zərərli olması ilə əlaqədar marifləndirmə işləri aparırlar. Amma bütün tədbirlərə baxmayaraq hər il bu səbəbdən dünyada xəstəliklərə tutulmuş milyonlarca insan dünyasını dəyışir.

 Ən əvvəl onu qeyd etmək lazımdır ki siqaret tüstüsünün tərkibində 10-larla toksiki və zəhərli maddələr orqanizmə daxil olur. Bu maddələr icində miqdarca coxluğa malik olanlardan biri də nikatindir. Nikatin damarlara, sinir sisteminə, beyində həyati vacib idarə mərkəzlərinə təsir edən güclü toksindir. Ancaq orqanizmdə ən incə və həssas orqanlar vəzilərdir ki, bunkarın strukturu, damar şəkli cox incə qurulmuşdur. igər tərəfdən də cinsi vəzlər onlara damarlarla gələn qidalı maddələrə və oksiqeneə cox böyük təlabatları vardır. Bu vəzlərə: Qalxanabənzər vəz, Mədəalti vəz, böyrəküstü vəz, Prostat vəz, Xayalar və s .

 Bütün orqanlar kimi də toksiki təsirlərə cinsi üzvlər də məruz qalır. Nəticədə bu kişilərdə cinsi zəifliyə, Ereksiya pozulmalarına, Cinsi aktın pozulmasına, Sonsuzluğa, Xayaların və Penisin kişilməsinə, Qadınlarda Cinsi funkiyanın zəifləməsinə, Aybaşı siklinin pozulmalarina, Yumurtaliqların Xəstəliklərinə səbəb olur.

 Tüstünün tərkibində CO-dəm qazı, qətran, Natamam yanma məhsulları, Kanserogenlər və son dövrlərdə tüstünün tərkibində radioaktiv maddələr də aşkarlanmışdır.

 Bütün bunlar isə cinsi üzvlərə müxtəlif təsir göstərir:

 1. Toxumaların qan təchizatının pozulması ilə əlaqədar qidalanmaması, hipoksiyası, nəticidə toxumaların hipotrofiyasına sonradan isə atrofiyasına gətirib çıxarır.

 2. Toksiki təsir nəticəsində toxumaların dagılması, hüceyrələrin məhv olması, öz funksiyalarını yerınə yetirə bilməməsi

 3. Spermatazoidlərin əmələ gəlməsinin pozulması, və qeyri-normal spermatazoidlərin əmələ gəlməsi.

 4. Sinir sisteminə təsir nəticəsində Qonadatrop hormanların sintezinin pozulması..

 5. Kanserogen təsir. Prostat vəzi və digər vəzlərdə onkoloji törəmələrin, xərçəng xəstəliyinin əmələ gəlməsi.Zərərli vərdişlər