CİNSİ XƏSTƏLİKLƏR VƏ SEKSUAL-PSİXOLOJİ PROBLEMLƏRİN ANONİM ŞƏKİLDƏ BƏRPAEDİCİ KOMPLEKS MÜALİCƏSİ

Cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır...

Dr.Həsən Səmədov

androloq-seksoloq

Toy gecəsi problemi

Muasir gənclər və yeniyetmələr artiq demək olar ki 14-15  yaşa qədər cinsi fəaliyyətə cəhd edirlər. Yeniyetmılərin fiziologiyası və seksual psixologiyası çox zəif incə olduğundan ilk seks onlarin gələcək həyatında , intim fəaliyyətində mühüm rol oynayır. Beleki əgər gənc intim prosesdən mənfi emosiya alarsa bu onun bütün həyatı boyu qorxulu fobiya kimi izləyə bilər. 

Insanın cinsəl instinkti hər digər instinktdən üstün sayılır. Hətta psixoanalitiklərin nəzəriyyəsinə görə cinsəl instinkt digər instinktlərə dominantlıq edir. Psixoanalizin banilərindən olan Sigmund Freud körpənin qida qəbul edərkən aldığı həzzi yetkin insanların cinsəl hissləri ilə müqaisə edir.

Buna görə cinsəl instinkt körpə böyüdükcə qat-qat icinə bükülmüş kağız kimi şuuraltının dərinliklərində gizlənir. 2 yaşinda uşağın cinsəl özünü dərk prosesi başlayır. Həmin proseslər illər keçəcək ve bir neçə ildən sonra beyinin daxilindən artıq cinsi inkişaf etmiş bir gəncin xarici təzəhürlərini-davranişlarını formalaşdıracaq. Təbii ki ailədə uşaq yaxşı fonda , mühitdə tərbiyə alarsa bu onu həyatina müsbət təsir göstərəcəkdir. Amma ailə hər şey demək deyil. Bizim apardığım seksoloji-psixoloji müşahidələr onu görsədir ki, insanın psixoloji ailəsi onun bioloji ailəsindən daha böyükdü. Yani bir gənc oğlanın və ya qızın psixoloji ailəsi öz ailəsi, ətraf mühit, yaşayış şəraiti, dostları, yaxınları, elektron və kütləvi informasiya vasitələri və s. dir.  Məsələn mənim qəbulumda olan pasiyentlərin əksəriyyəti onu bildirir ki, cinsəl-seksual problemlərini hətta öz yaxınlarına, oğlan öz qardaşına , qız öz bacısına deməyə çəkinir, kişi və ya qadın öz həyat yoldaşına deməyə çəkinir. Bunun bir səbəbi var insanlarımızın şuuralti kompleksləri, olmaz demələri, bilgısızlık, yöntəmsizlik, seksual prosesə düzgün yanaşmama tərzləri, mentalitet, qarışmış adət ənənələ (avropa və şərq) düşüncə və ya mentalitet sintezi, psixoloji problemlər, psixiki problemlər, düzgün olmayan ailə qadağaları, utanmaq hissi, sosial problemlər, qarşi partniyorun vere bilecəyi neqativ reaksiya və s göstərmək olar. Bütün bunların bir duzgün istiqamət yolu var səmimilik və ön yarqılı olmamaq.

Cinsi yetişgənlik vaxtı insan bədənində cinsi hormonlar artır və bir gənc seksual həyata hazırlanır. Bununla bərabər cinsi psixologiyada formalaşır. Və oğlanların beynində bir qadın (qizların beynində is bir kişi-ag atli oğlan) obrazı formalaşır. Bu obraz nə qədər də fiziksəl yanı xarici görünüş, sosial yonümlü, mənəvi olsada həm də mütləq dusuncəaltı seksualdır. Bu arada Sigmund Freudun bir sozunu xatirladım:  Turk dilində gözəl seslənir:  “hiç bir erkək yatağa girəməyəcəyi kadınla arkadaş olamaz”

Bu onu görsədir ki, butun hallarda qadınlar və kişilər üçün seksuallıq faktoru önəmlidir.

Indi isə gələk o ana ki insan da ilk cinsi yaxınlıq nə vaxt necə harda hansı şəraitdə kiminle baş tutur. Bilirsiz mən bu mövzuya xususi diqqət yetimək istəyirəm.  Burada bizim Azərbaycanlı insanların seksual həyat tərzi baxımından yanaşmaq lazımdır. Məsələn Slaviyan xalqlarında qadının bakirə olub olmaması nigahda bir önəm daşımır. Amma Azərbaycanlilarda cəmiət və insanların baxış düşüncə tərzi çox fərqlidir. Tutaq ki muqaisə edək bizim insanlarda yeniyetmə öz həmyaşidı ilə cinsi münasıbətə girməsı həddən artiq çətin və həyacanverici olur. Bunun səbəblərinə birazdan toxunacam. Amma avropa və slavyan xalqlarında bu adi haldır. Cənubu amerika xalqlarında döğulan qiz uşaqlarında həkim tərəfindən deflorasiya yani qızlıq pərdəsinin açilması həyata keçirilir. Fikir verin artiq bu millətin adət ənənələri onlarda qızlıq pərdəsı səbəbindən olan psixoloji problemləri aradan qaldırır. Amma mən buna haqq qazandirmiram qizlıq pərdəsinin olması və onun qadını ancaq onu seven kişiyə məxsus etməsi paklıq və dərin mənəvi əhəmiyyəti vardır.

Yuxarıda sadaladığım fobiyalar gənclərdə ən əfsus da bizim gənclərdə ciddi problemlər yaradır. Onlarla pasiyentlərimizin dediklərindən bir fikir söylüyurəm: Həkim mən cinsi münasibətdə olduğum qızın qızlıq pərdəsinin zədələnməsindən qorxdum, elə bildim ki pərdənin tamlığı pozulub, ya  pozulacaq, ya da pozuldu və ondan sonra mən coox stress və qorxu keçirdim o vaxtdan məndə cinsi zəiflik əmələ gəldi. Bəzi pasiyentlərimiz hətta qadın deyilən məxluqa həvəs görsətmədiklərini də söylüyürlər.  Qizlıq pərdəsı pozulması səbəbindən xanımların dedikləri: “mən əvvəllər cinsi əlaqənin necə olacağını bilmırdım, və evləndikdən sonra ilk cinsi aktin mənə çox ağrılı olacağını demışdılər. Bu duşuncə məndə daimi qorxu yaratmışdı.” Sonra deyim ki həmin xanim birinci əlaqənin çətin olmasından əziyyət çəkmişdir. Və sonrakı illərdə hər yaxınlıqda belə cinsı əlaqə baş tutmamışdır. Və bu surə 4 il surmüşdür. Nəticədə məsələ ailənin dağıması ərəfəsində bizə müraciət etmişdır.8 günlük psixoloji və ginekoloji müdaxilədən sonra hər şey normal hala qayıtmışdır. Həmin cütlük hal hazırda xöşbəx şəkildə öz həyatlarını davam etdırırlər. 

            Bu çəkdiyimiz misallar onu görsədir ki, qadın da kişi də ilk seksin intim münasibətin defektlərindən illərlə hətta ömür boyu əziyyət çəkə bilirlər. Bir pasiyentimizin Dedikləri: Həkim mən ilk dəfə 32 yaşımda xanimla əlaqədə olmuşam. Şikayyəti də o idi ki cinsi zəiflik var. Xatirladım ki bu pasiyentimiz müayinə vaxtı bütün göstəriciləri normal çixmişdir. Heç vaxt alkoqol və siqaret istifadə etməmişdir. Dərin psixoloji müdaxilədən sonra bizə belə bir sirr açdi, və bu zaman qeyd edirdi ki mən hec vaxt bu haqda düşünməmişəm. Sizinlə söhbətdə bu nəticəyə gəldim. Və dedikləri: “mən əlaqə vaxtı qadının cinsiyyət orqanina baxa bilmirəm, ona görə ki o məndə ikrah (iyrenirem) hissi döğurur. Amma baxmayanda cinsi əlaqədə normal oluram. Həzz aliram. Orqazma çatıram.” Uzun prosesdən sonra məlum oldu ki bu oglan cinsi əlaqədə gec olub. Və qadin bədəninin psixoloji-seksuall gözəlliklərini hansısa formada beynində formalaşdırıb-ideallaşdırıb. Yani gələcəkdə mənim qadınımın bədəni belə olmalıdır ya belə olacaq arzuları ılə xəyallar qurub. Nəticə etibarı ilə bu xanım gözəl olmasına baxmayaraq onun bədəninin hansısa cizgiləri idealla ust uste dusmediyindən bir küsgünlük əmələ gəlib. Beyində men bele istəmirdım deye bir üsyan-kriz keçirir.

            Müəyyən qədər bu cür düşüncələrin haradan və niyə formalaşdığına aydınlıq gətirmək istəyirəm.

Hər bir insan fərq etməz qadın ya kişi xeyallarında duşüncələrində bir əks cinsin xəyalını qurur. Demek istəyirəm ki, bu xəyal əslində ideal sex partniyorunun bir obrazıdır. Yanı insan gənc yaşlarında ıks cinsdən bir obrazı yaradır. Bu obraz yaradan faktorlar müxtəlifdir. Bunlara ailə, dostlar, ətraf mühit və kütləvi informasiya vasitələri formalaşdırır. Son dövrlər Azərbaycanda da kütləvi elektron vasitələr gənclərin seksual həyatını, intim psixologiyasını formalaşdırır. əsasən də hollivood filmləri, Porno filimlər və bizim insanlara xas olan türk sevgi serialları. Məsələn bir yeniyetmə xanım hansısa turk filmindəki hansısa qızın ideallaşdırılmiş sevgilisinin obrazını görəndə öz beynində də o obraza uyğun kişini formalaşdırır. Özünü həmin xanımın yerinə qoymağa çalışır. Subut ölunmuşdur ki tv-dən alınan inormasıya daha inamlı və daha etibarlı qəbul edilir, hansı ki valideyinlərin dedikləri ya məsləhətləri ilə müqaisədə.

            Gənclərdə və ya ilk seksdə ya da nigahda cütluklərin cinsi münasibətini tənzimləyən 5 faktoru ayırd etmək olar. Bu faktorların keyfiyyətindən aslı olaraq əks cinsin cinsi seksual düşüncələri yaranır.

1.      Fiziki faktor: cinsi mənsubiyyətindən aslı olmayaraq bir insan digər insana qarşı ya simpatiya ya da antipatiya fikiri yaranır. əsas fiziki göstəricisi isə üz qurluşu, üz cizgiləridir. Digər isə səsin tembri, sözləri, mimikası, jest qabiliyyəti, geyim tərzi və individual qoxusudur.  Bele ki bu faktorun neqativ və ya pozitiv olmasından aslı olaraq insanın sevgi ve ehtiras hissinin temeli qoyula və ya redd cavabi ola biler. Her iki cinsdə bele hallar olur ki o insan hansısa bir insanla özünü təsəvvür edir və ya etmir. Tesevvur etmədiyi insanla heç ki xöşbəx bir ömür yaşaya bilməz.

2.      Material faktor: Bu faktor her iki tərəfin bir birindən maddi-material uyğunluğu nəticəsində əmələ gəlir. Bəzən bir tərəf kasıb olub digər tərəfin madii üstüblükləri ilə seksual faktor qurula bilər, ya da hər iki tərəf varlı ya kasıb olub bir birinə uyğun görmələri ilə kəbin və birlikdə ola bilərlər.

3.      Kultural faktor: buna intelektual-kultural-mədəni-zadəgan uyğunluğu da deyə bilərəm. Bura insanların sosial dünya görüşləri, nə işlə məşqul olmaları, kimin hansı təhsil ocağını bitirməsınin əhəmiyyəti vardır. Tipik misal olaraq deye bilərəm ki Azərbaycan ailələrində valideyinlərin məsləhəti ilə ağıllı oxumuş bir qizın tövsiyyə edilməsi, ya da qiza yaxşı işdə, adli sanlı işdə işləyən oxumuş oglanın tovsiyə edilməsə ya da ele insanın özünün bülü bir partniyor axtarmasnı gostəemək olar.

4.      Seksual faktor:  bu faktor fiziki faktora təsir göstərən faktor kimi qiymətləndirmək də olar. Yanı insanın əks cinsdən seksual istəyinin hansı dərəcədə yerinə yetirilməsinə və qarşılıqlı razılıq ya da narazılıqların formalaşmasına təsir edən faktordur. 

Bunu demək istəyirəm ki, bütün yuxarıda sadalanan faktorlar bir biri ilə əlaqədardır. Bir birilərinə təsir gostərə bilirlər.

5.      Psixoloji faktor- bu faktor kollektordur. Bütün faktorların fokuslandığı faktordur. Bu səbəbdən də məhz həmin faktor seksual düşüncənin vahidliyi, individuallığı, tamlığını əks etdirir. Burda ən önəmli insan xarakteri durur.

 

Bütün faktorlrın məcmusu, cəmi belə demək istəyirəm seksual-sevgi-nigah potensialı deyilən bir nəticəni ortaya qoyur.

Ilk seksde də bu faktorlar öz rolunu oynayır. Ümümi nəticəyə gələrək demək istəyirəm ki hər iki cütlük ilk seksdə və ya intim oyunda telesməsinlər. Nəyəsə tez kobud can atmaq her şeyi bərbad edə bilər. Yani ən gözəl davraniş bu məsələdə cəhdlər edərkən qarşi tərəfin duyqusunu və yasadiğlarını harmonik izləmək lazımdir. Təlabata uyğun davranış ən yaxşısıdır. Nə artıq nə əksik olmaz! Məsələn əgər qadın opusməkdən yoruldusa daha bunu etməmək lazımdır. Bir də kişilər haqda-kişilər hər şeyi açiq demey əzmindədirlər. Qadınlar isə yox. Yani qadın öpüşmədə bezirsə, çəkinirsə bunu demeye də bilər bu tempramenti kişi hiss etməli və ona gorə davranmalıdır. Seks qarsiliqli psixoloji fizioloji emosional bir aktdır.

                                                                                               Oxuyuculara Təşəkkürlər                                      Dr. Həsən Səmədov