CİNSİ XƏSTƏLİKLƏR VƏ SEKSUAL-PSİXOLOJİ PROBLEMLƏRİN ANONİM ŞƏKİLDƏ BƏRPAEDİCİ KOMPLEKS MÜALİCƏSİ

Cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır...

Dr.Həsən Səmədov

androloq-seksoloq

Sonsuzluq

İnsan nəsli oz irqini qoruyub saxlamaq üçün bir calnlı olaraq çoxalma funksiyasına sahibdir. Amma hər bir orqanın xəstəliyi olduğu kimi reproduktiv funksiyanın da pozulmaları var, xəstəlikləri var. Dunyada DST-dediyi məlumat görə evli cütlüklərin 8% sonsuzluq problemi yaşayır. Sonsuzluq əgər kontraseptiv istifadə Mütləq sonsuzlu bədəndə gedən geri dönüləsi mümkun olmayan dəyişiklik nəticəsində olur ki, bu heç bir halda mualicə edilə bilinmir. Nisbi sonsuzluğu isə müxtəlif üsullarla müalicə etmək ehtimalı vardır. Əgər heç olmasa bir dəfə də olsun hamiləlik olmuşdursa bu ikincili sonsuzluq, heç hamiləlik olmamişsa bu birincili sonsuzluq adlanır.

Sonsuzluğun səbəbləri müxtəlifdir: kişi faktoru, qadln faktoru, birlikdə faktor, bilinməyən səbəblər.

Qadınlardakı problemlər üzündən olan sonsuzluq:

Uşaqlıq Fallopia borularıbın tixanığlığı, sperma ilə yumurta hücüyrə rastlaşa bilmədiyi üçün hamiləliyin baş tutmaması

Qadınların cinsi üzvlərində baş veren bitişmə - spayka fibroz prosesi, adətən keçirilmiş iltihabi infeksion xəstəliklərdən sonra baş verir.

Endokrin hormonal dəyişikliklər buna səbəb müxtəlif faktorlar səbəb ola bilər, maddələr mübadiləsi pozulması, stress, piylənmə və s.

Uşaqlığın patoloji anomaliya dəyişiklikləri

İmmunoloji sonsuzluq- qadında kişi sperm hücüyrəsinə qarşı əmələ gələn antitel - anticisim reaksiyası, hansı ki sperm hüceyrəsini məhv edir

Xromosom genetik patologiyaları da qadın sterilliyinə gətirib çıxarır

Psixogenpsixoloji sonsuzluq - belə halda qadin hansisa səbəbdə uşaq olmasından narahat olur, hamiləlik istəmir, cinsi əlaqədə oduğu kişidən uşaq istəməməsi və s.

Eyakulyasiya- boşalma problemləri, Retroqrad eyakulyasiya, cinsi sistemin sinir-əzələ apparatında olan problemlər, Aspermiya -spermanın olmaması

Seksual disfunksiya- aneyakulyasiya boşala, orqazma çata bilməmək

Anotomik anomaliya dəyişiklikləri, cinsi kanalın patologiyaları, əyrılikləri, epispadiya, hipospadiya, cinsi yollarda fibroz dəyişikliklər.

Endokrin dəyişikliklər: Hipoqonadizm, Hipoqonadotrop hipoqonadizm, hiperqonodotrop hipoqonadizm, Hiperprolaktinemiya - prolaktin yüksəlməsi, və s.

Spermatogen epitelin- Sertoli hüceyrələrinin zədələnməsi, şua xəstəliyi, radioaktiv maddələr, mobil cihazlar, kimyəvi dərmanlarla mualicə, Toksiki maddələrlə təmas- anilin boyaları, neft məhsullari, ağır metallarla kontakt və s., Xayaların travması zədələnməsi, Hidrosele və s.

Genetik xromosom dəyişiklikləri Genetik olaraq sperm hücrələrinin əmələ gələ bilməməsi

İltihabi infeksion xəstəlikləri, cinsi yolla yoluxan infeksiyalar və s.

İmmunoloji sonsuzluq sperma hüceyrələrinin bədəndə autoanticisim formalaşması nəticəsində məhv olması

Sperma analizində çixan dəyişikliklərə görə aşagıdakı nəticələrə rast gəlinir:

Aneyakulyasıya - Spermanın olmaması

Azospermiya -Spermada sperm hüceyrələrinin olmaması

Oliqospermiya - spermanın həcminin az olması, UST -görə 1.5 ml dan az. olmamalıdır.

Oliqozoospermiya - Spermada sperm hüceyrələrinin sayının az olması, UST- 15 mln/ml - dan az olması

Astenozoospermiya - spermada sperm hüceyrələrinin hərəkətinin, aktivliyinin az olması. UST A+B+C=40%

Nekrospermiya- spermada sağlam - diri sperm hücüyrələrinin olmaması

Kriptospermiya- spermada tək tək sperma hüceyrələrinin tapılması

Teratospermiya - spermada qeyri normal spermatozoidlərin, iki başlı, iki quyruqlu, böyük başli sperma hücerələrinin çox olması 4% dən çox

Piospermiya - spermada həddən çox leykositlərin olması - iltihab infeksion prosesin nəticəsində

Spermanın  bütün göstəricilərinin normal olması normospermiya, 1 ml də 200 ml dan çox spermatozoidlərin olması isə Polispermiya adlanır.

Səbəbi bilinməyən sonsuzluq : Bütün sonsuz olan cütlüklərin 15% ni təşkil edir. Bütün dünyada 15% səbəb tapila bilməməkdədir. Bu idiopatik sonsuzluq adlanır. 

UYGUNSUZLUQ: Səbəbi bilinməyən sonsuzluğda bioloji və immunoloji faktorlar ola bilər ki, bu da hər bir fərdin ayri insanla cinsi münasibətindən sonra

sonsuzluq məsələsi aradan qalxmiş ola bilir. Təbii ki bunun sadə diaqnostik testi də vardır. Bəzən qadın da, kişi də normal roproduktiv olduğu halda hamiləlik baş tutmur.

sonsuzluq adətən sadaladığım bu faktorlardan bir yox bir neçəsinin eyni vaxtda rast gəlməsi il də ola bilər.  Bütün xanimlarımıza, kişilərimizə, cütlüklərimizə belə problemin olmaması üçün vaxtında həkimə müraciət etmələrini məsləhət görürəm. Əgər insan xəstəlik əlamətindən şikayyət etmirsə bu o demək deyil ki həmin insan həqiqətən sağlamdır. Kişilərdə bəzən infeksiyaya yoluxduqlarını bildikləri halda belə günlərələ həkimə getmirlər. Xanımlarımız qız vaxtı aybaşı və ginekoloji problemləri olduğu halda həkimə müraciət etmirlər. Mən hələ qadın deyiləm, ərə getdikdən sonra hər şey düzələcək fikirləri insanlarımızı sonsuzluğa gədər gətirib çixarır. Artıq gecikmiş proseslərdə bəzən hec bir prosedur kömək etmir. Bizim klinikamızda sonsuzluğun mualicəsi uğurla aparılır. bizə bu problemlə əlaqədar müraciət edə bilərsiz.

Hər Birinizə Körpə sahibi olmağınızı arzu edirəm. Evinizdən körpə səsi gəlsin!

                                                                                                      Oxuyuculara təşəkkürlər:                              Dr. Həsən Səmədov