CİNSİ XƏSTƏLİKLƏR VƏ SEKSUAL-PSİXOLOJİ PROBLEMLƏRİN ANONİM ŞƏKİLDƏ BƏRPAEDİCİ KOMPLEKS MÜALİCƏSİ

Cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır...

Dr.Həsən Səmədov

androloq-seksoloq

Sidik ifrazı problemləri

Sidik kanalı və onun qurluşuna diqqət yetirsək anlamaq olar ki sidiyin xaric olmasına görə qadinlarda bu kanal cinsi kanaldan, cinsi yuldan ayrıdır. kişilərdə isə sidik kanalı və cinsiyyət yolları birlikdə fəaliyyət görsədir. sperma və sidik eyni kanal vasitəsi il xaric olur. bu səbəbdən də kişilərdə cinsi yolda olan iltihab prosesləri daha çox bəlirtili olur. məsələn qadınlara yoluxan qonoreya və trixomonada infeksiyaları uşaqlıq yoluna düşdükləri üçün sidik ifrazı zamanı yanğı və goynəmə hissi vermir. kişilərdə isə cinsi əlaqə vasıtəsilə yoluxan infeksiyalar sidik kanalının zədələnməsi üzündən dərhal yanğı, ağrı, göynəmə verir. bundan başqa kişilərdə sidik kanalının başlanğıc yerində prostat vəzi yerləsdiyindən bu vəzin problemləri də ciddi sidik ifrazi simptomlarını əmələ gətirir. Gəlin ayrı ayrı xəstəliklərə toxunaq:

Sistit-Qadınlarda da kişilərdə də sidik kisəsinin iltihab xəstəliyidir. Sistit adətən sidik kanalı boyu qalxan infeksiyanın kanal vasitəsilə kisəyə düşməsi nəticəsində ola bilər. bu zaman kisəsinin daxili divarında mikroorqanizmlər irinli iltihab prosesi törədir. divardaki sinir ucları həssaslaşır. Nəticə olaraq tez tez sidiyə getmə, ağrılı sidik ifrazı, qasıq nahiyyəsində ağrı, sidik ifrazından sonra da ağrı və yandırma-göynəmə hissi. Bədən temperaturunun qalxması (kəskin sistitdə), sidiyin cətin ifraz olunması, yalançi sidiy çağırışı, sidik ifrazi zamanı sidiyin bulanıq rəng alması, sidiyin qanlı olması, kişilərdə sidik ifrazından sonra qalma hissi, sidiyin tam ifraz olunmaması kimi əlamətlər meydana gəlir. sistit xroniki davam etdikdə hətta infeksion prosesin mualicəsindən sonra da müəyyən qalıq əlamətləri ola bilər. bunun üçün mualicə keyfiyyətli və fizioterapiya üsülları ilə aparılmalıdır.

Uretrit-sidik kanalının iltihab xəstəliyidir. Spesifik ve qeyri spesifik uretritlər ayırd edilır. Uretriti torədən səbəblər müxtəlif ola bilər. Fiziki, Kimyəvi-toksiki, Bioloji. Fiziki səbəblərə temperatur, soyuq, mexaniki zədələnmə-kobud cinsi əlaqə, masturbasiya vaxti və s,  kimyəvi toksiki bəzi maddələrə sidik kanalının verdiyi iltihabı allergik reaksiyadır. bu zaman kanalda infeksiya olmadan da epitel toxumasinin dagilması və iltihablasması yaranır. Bioloji faktorlara mikroorqanizmlər-mikrobkar aiddir. bu mikroblar da Bakteriya (Qonoreya, eserxiya, koklar, stafilokok ve streptokoklari gostermek olar), Göbələklər-Kandidoz uretritlər, Viruslar Herpes uretritlərini, Kecid formalar Ureaplazma, Mikoplazma, Xlamidiya uretritlərini törədirlər. 

Əlamətlər: Cinsi orqanin uc və baş hissəsində qaşinma, qızartı, kanalın yapışması-haçalı sidik ifrazı, ifrazat zamanı kanalda daxildə və ya penisin özündə yandırma, göynəmə, qaşınma-gicişmə, qarışqa gəzmə hissı, sidik ifrazı zamanı bu əlamətlərin daha da güclənməsi, adi halda kanaldan şirə ifrazı-yaşılımtıl, limonu, sarı, şəffaf, bulanıq rənglərdə, bəzən qanlı ifrazat gəlməsi, kanalda və penisin alt hissəsində ağrı hissi. Eyakulyasıya zamanı qanlı sperma gəlməsi, ağrı, sidik ifrazında gücənmə.

Prostatit vaxti isə bu əlamətlərə qasıqda, aralıqda ağrı, xayalarda və xayanın alt hissəsində "daş Sallanma hissi" əmələ gələ bilir.

Ədətən cinsi sistemlə əlaqədar belə şikayyətlər olursa dərhal həkimə müraciət edin. Çünki günlər keçdikcə kanalda fibroz deyilən geridönməz proses əmələ gələrsə, bu sidik ifrazının həddən çox pisləşməsinə sonsuzluğa və cinsi zəifliyə qədər gətirib çıxara bilər.  Hər bir insan bilməlidir ki əsas dərman preparatı qebul etmək yox, əsas keyfiyyətli və vaxtında xəstəni mualicə etməkdir. Cünki bu bütün bədənin xəstəliyi sayılır. 

                                                                                                            Oxuyuculara Təşəkkürlər:                        Dr. Həsən Səmədov