CİNSİ XƏSTƏLİKLƏR VƏ SEKSUAL-PSİXOLOJİ PROBLEMLƏRİN ANONİM ŞƏKİLDƏ BƏRPAEDİCİ KOMPLEKS MÜALİCƏSİ

Cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır...

Dr.Həsən Səmədov

androloq-seksoloq

Orqazm

Cinsi əlaqə və orqazm. Cox mürəkkəb neyro fizioloji aktdır və tam olaraq mexanizmı aydınlaşmamışdır. Ümümən kişi və qadin cinsi aktinda, orqazmındə oxşar və fərqli cəhtlər vardir. Əvvəlcə insanda cinsi aktın gedişinə toxunmaq istəyirəm. Bu 4 mərhələyə bölünən bir prosesdir. Belə ki düşüncə və duyğu orqanları ilə gələn seksual impulslar bizi cinsi oyanma deyilən birinci mərhələyə çatdırır. Oyanma fiziki və psixoloji faktorlarla ola bilər. Bu mərhələdə bizim bədənimizdə seksə hazırlıq prosesi gedir. Kişidə bu penisin sərtləşməsi, qadında isə uşaqlıq yolunun islanması, bartolin vəzilərinin buraxdiğı şırə ilə, klitorda və cinsi dodaqlarda böyümə şişmə, sinədə və məmələrdə qizarma, şişmə əmələ gəlir. Cinsi dodaqlar aralanır. Uşaqlıq yolu böyüyür. Cinsi orqanlarda qan axımı sürətlənir və qadın cinsi akta hazır olur. Cinsi bölgədəki bu dəyişikliyin səbəbi qadını cinsi akta hazırlamaqdır. Bu zamanda qadında da kişidə də urək döyüntüləri artır, qan təzyiqi yüksəlir, tənəffus hərəkətləri artır. Bəzi qadınlarda üzdə böyunda qizartılar əmələ gəlir. 


İkinci mərhələ plato mərhələsi: bu mərhələdə yuxarıda sadaladığımız hallar daha da şiddətlənir və əgər əngəl olmazsa orqazmla nəticələnir. Kişilərdə bu an kanaldan şırə ifraz olur. Bu şirənin içində də sperm olduğundan qadın bu zaman kişi orqazm olmadan da hamilə qala bilər. Qadın bu mərhələnin sonunda klitorun kiçilməsi başlanır. Klitorun kiçilməsi artiq orqazmın yaxınlaşdığını görsədən əlamətdir. Kişidə isə bulbo kavernoz əzələlər və penisin başı maksımum sərtləşir və boşalmaya hazırlıq gedir. Bu vəziyyətin vaxtı qadından qadına dəyışə bilər. Hətta bəzi qadınlarda müxtəlif cinsi aktlar zamanı müxtəlif ola bilər. 
Orqazm vaxtı qadında da kişidədə artmiş olan əzələ orqan gərginliyi yani orqazmik platformada yer alan əzələlərin gərginliyi ritmik boşalma ilə sona çatır. Ritmik yiğilmalar vagina, anus və digər əzələlər 0.8 san müddətində güclü formada baş verir. 4-15 saniyə davam edə bilir. bu en güclü həzz alma hissidir. Bu zaman kişidə də qadinda da qeyri iradi hərəkətlər. Bağırmalar, kəskin bədən hərəkətləri, hətta bəzən ağlamağa gətirəcək dərəcədə həzz alınır. Qadın orqazmı gücünə və şiddətinə görə klitorial, vaginal, və uşaqlıq tip ayırd edilir. Eksər qadınlar klitorial və vaginal orqazma çata bilirlər. Uşaqlıq tip olan boşalma isə daha guclu seks təcrubəsi və eşqiolan qadınlarda ola bilir. Amma istənilən qadın mualicə və yönəldilmə ilə bu orqazma çata bilər. Orqazm vaxti kişilərdə olan ritmik əzələ yığılması ilə prostat toxum kisəcikləri, və xaya artımından gələn maye surətlə xaricə tullanır. Kişilərdə spermanın miqdarı coz olduqda cinsi həzz də çox olur. 
Orqazmdan sonra kişilərdə refrakter period deyilən cinsi yaxınlığa laqeyid və hissiyatsız qalan vaxt süresi yaranır. Cavan kişilərdə bu vaxt bir neçə dəq olsa da yaşlı kişilərdə bu bir neçə saata qədər uzana bilər. Qadınlarda refrakter period yoxdur. Bu səbəbdən qadınlar ard arda dəfələrcə orqazm ola bilərlər. 
Yenidən bərpa sürəsi boşalmadan sonra 5-10 dəq çəkir. Və yenidən cinsi fəaliyyət bərpa olunur. Qadınların cox orqazmdan sonra klitor və məmə ucları həssas olur və əsas da ağrı hissinə.