CİNSİ XƏSTƏLİKLƏR VƏ SEKSUAL-PSİXOLOJİ PROBLEMLƏRİN ANONİM ŞƏKİLDƏ BƏRPAEDİCİ KOMPLEKS MÜALİCƏSİ

Cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır...

Dr.Həsən Səmədov

androloq-seksoloq

Hamiləlik vaxtı seks

Hər kəsi, hər bir qadını maraqlandıran sualdır ki hamiləlik vaxtı sekslə məsqul olmaq olarmı, bunun korpəyə, dölə zərəri olmaz ki? Ümümən iki fikir mövcuddur. Hamiləlik vaxtı yaxşı odur ki sekslə məşqul olmamaq və Hamiləlik vaxti nəyin ki məşqul olmaq olar bu həm də vacibdi. Bu barədə ətraflı:

Avropada hər hamilə qadın minumum həftədə bir dəfə sekslə məsqul olur, amma bizim gələcək körpə sahibləri bu məsələdən yayınırlar. Təbii ki hamiləlik vaxtı seks istəyə görə, hamiləlik trimestrlərinə görə dəyişir.

Birinci trimestrdə ümumən seksual aktivlik asağı düşür. Bu qadın bədənində gedən yenidənqurulma ilə əlaqədardır. Cünki artıq orqanizm indiyə qədər heç olmamış bir prosesə sağlam uşaq dünyaya gətirmək üçün bədənin bütün qüvvələrini səfərbər etməyə, bütün ekstremal şəraitə hazır olmağa çalışır. Bu halda qadın bədənində həm fizioloji həm də psixoloji dəyişikliklər gedir. Burda hamıləlik toksikozunu göstərmək olar. Psixoloji isə qadın şuuraltı səviyyədə cinsi akta qadağa qoyur, uşağın zədələnməsi instinkti onu qorumağ əmri verir. Fiziologiya onu görsədir ki ilk trimestrdə seks nəinki dölə zərər vermir, hətda onun inkişafı üçün yaxşı şərait yaradır. Belə ki, bu zaman keçirilmış orqazm qadının hissiyati artmiş cinsi orqanlarda qan dövranını artırır. Nəticədə dölün qidalanması və inkişafi yaxşılaşır. Həm də qadını şəhvət hissinə, orqazma çatması müsbət emosialar və musbət psixoloji durum yaradır.

İkinci trimestrdə seks: 14-28 həftələr arası. Bu vaxtlarda hər iki cütlükdə qorxular və qadağalar əmələ gəlir. əlbətdə bu normaldır bir neçə həftə əvvəl test kartında zolaqlarla görsədilmiş körpə artıq formalaşmış döldür. Bu hər iki valideyini narahat etməyə bilməz. Kişilər adətən “mən istəmirəm, qorxuram orda uşağın başı var” deyir, qadın isə əzələlərin kəskin yığılmasından qorxur. Əslində isə yaradan bu barədə çox ideal düşünmüşdür ki, döl penis-cinsi orqan terefindən gələn zədələnmədən ideal qorunmuşdur. Belə ki əzələvi qarın divarı, Piy təbəqəsi, yastı və hamar uşaqlıq divarı, dolyani mayeli qişa- dölü zədələnmədən qoruyur. Belə halda dölün zədələnməsi 0-a bərabərdir.

3-cu trimestr 30 həftəlikdə artıq qadınıq qaqrnı kifayət qədər böyümüşdür. Belə halda ehtiyatlı olmaq lazımdır. Elə etmək lazımdır ki qarına minumum az təzyiq düşsun. Bu trimestrdə kişilər qadina daha romantik və seksual baxırlar. Ona görə son dərəcə diqqətli nolmaq lazımdır. ən yaxşı seks vəziyyəti qaşıq vəziyyətidir. Şəkildə gorsədilmişdir.

Hamiləlik vaxti seks-orqazm düşüyə-aborta səbəb ola bilərmi?

Muxtəlif fikirlər var ki guya orqazm vaxtı uşaqlıq əzələləri spastik yığıldığından bu dölün vaxtsız xaric olmasına səbəb ola bilər. Amma yaradan bunu cox ideal düşünmüşdür. Bildiyimiz kimi uşaqlıq əzələvi orqandı. Vaxtaşırı bütün həyat boyu bu əzələlər yıgılıb açılır, hamiləlik də istisina deyil. Bunun səbəbi usaqlığın əzələlərini daima tonusda saxlamaqdır ki, cünki əgər döğuş vaxtı çatmayıbsa əzələlər tam yığıla bilməz və abor da ola bilməz! Bundan başqa qadının orqazmı onu xoşbəxt etdiyi üçün-uşaq da xoşbəxt olur. Bu qana orqazm vaxtı sevgi hormonu-ENDORFİNlərin buraxılmasıdır.

Nələri bilmək lazımdır: cinsi əlzaqə vaxtı ağrı olursa seks vəziyyətini dəyişmək lazımdır. Erkən hamiləlikdə ağrılar olarsa həkimə müraciət edilməlidir. Bundan başqa isə 38 –ci həftədən sonra ümumən hər hərəkətdə ehtiyatlı olmaq lazımdır. Ginekoloqlar haqlı olaraq profilaktik olaraq cinsi əlaqədən uzaq durmağı məsləhət görürlər. Bu keysər əməliyyatı olan qadınara xususilə aiddir.

Bu hallaq seksə qadağa qoyur:

Cisi yolların infeksiyaları, düşük olma təhlükəsi, əgər əvvələr düşük olubsa, dölyanı mayenin problemləri olduqda, uşaqlıq qanaxmaları, plasentanın soyulması-cox az hallarda, uşaqlıq boynunun hipotonusu

Nəticə olaraq əgər ciddi həkim-tibbi qadağalar yoxdursa sekslə məsğul ola bilərsiz...

                                                                                                                                        Oxuyuculara Təşəkürlər                               Dr. Həsən Səmədov