CİNSİ XƏSTƏLİKLƏR VƏ SEKSUAL-PSİXOLOJİ PROBLEMLƏRİN ANONİM ŞƏKİLDƏ BƏRPAEDİCİ KOMPLEKS MÜALİCƏSİ

Cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır...

Dr.Həsən Səmədov

androloq-seksoloq

Cinsi vəzilər

CİNSİ VƏZİLƏR

Cinsi vəzilər dedikdə iki cür vəziləri ayırd etmək olar: xaricə şirə ifraz edən vəzilər və daxilə-qana hormon ifraz edən vəzilər. Cinsi vəzilərə xayalar, xaya artımları, Prostat, toxum kisəcikləri, bulbouretral vəzilər aiddir.

Xayalar insanda Xayalıqda-xususi dəri ilə əhatə olunmuş boşluqda yerləşir.

XAYALIQ

Xayalıq orqanizmdə xususi və analoqu olmayan funksiyanı özündə daşıyan bir nahiyyədir. Qadinlardan fərqli olaraq kişilərdə yumurtalıqlar daxildə yox, xaricdə yerləşmışdir. Buda Ulu Yaradanımızın bize bəxş etdiyi məntiqin nəticəsidir.  Beləki əgər xayalar bədən daxilində yerləşsəydi onda onun Spermatozoidi yaratma və testosteron ifraz qabiliyyəti olmazdı, bunun səbəbi bədəndəki temperaturun çox olmasıdır. Xayalıqdaki temperatur xaricdə yerləşdiyinə görə bədən daxilində 1 S  aşağıdır.

Bu da onun daxilində gedən proseslə əlaqədardır-yanı xayanın temperaturu o səbəbdən çox olur ki, o daha suretli proseslə -spermatozoid əmələ gətirməklə məşquldur. Bundan başqa xaha ətrafda-açıqda həddən artiq soyumaması üçün Xaya dərisinin öz xusisi funksiyası vardır. Belə ki soyuq suda və ya soyuq havada o dərhal reflektoru yiğilmaq qabiliyyətinə, istidə işə genişlənmək-boşalmaq qabiliyətinə malikdir. Bütün bunlar temperaturu tənzim etmək üçündür. Xayalıqda-Xayalar, xaya artımları və toxum ciyəsi deyilən kanal-axacaq-damar sinir şəbəkəsi yerləşir. Xayalar İki funksiyası olan oval vəzilərdir. Birinci kişi cinsi hormonu əmələ gətirmək. İkinci Spermatozoid əmələ gətirmək. Xaya artımı spermatozoidləri toplamaq və onları axacaqlara yönəltməkdir. Cinsi hormon Testosteron-hər bir kişidə cinsi funksiyanı təmin edərək kişini bütün əlamətləri ilə spesifikləşdirir.

Xaricə sirə ifraz edən vəzilər: prostat vəzi və toxum kisəcikləri kişi cinsi mayesi-spermanın əmələ gəlməsində çox vacib rol oynayır. Spermanın 80-90 faizini bu vəzilər əmələ gətirir.Prostat vəzi kişilərdə sidik kanalının ilk hissəsini əhatə edən vəzili, şirə ifraz edən orqandır. Ölçüləri 3-4*2-3*3 sm olub, şabalıdabənzər formadadır. Çəkisi 20-30 qram dir. Prostat vəzi xaricə şirə ifraz edən vəzilərdəndir. Həmçinin ikinci ən vacib cinsi orqandır. Prostat vəzi əsasən spermanın 35-40 %-ni təşkil etmək, vəzifəsi şirə ifraz edib sperm hüceyrələrini qidalandırmaq, onlari qorumaq, əhatə etməkdir. nəticədə bu da mayalanmanı təmin etməkdir. Prostat şirəsinin tərkibinə fementlər, Sink, natrium Kalsium ionları, Proteinlər(Zülallar), Lİpidlər (yaglar), xolesterin və s. aiddir. Prostat vəzi usaqlarda aktiv halda deyildir. Ancaq cinsi yetişgənlik dövründə fəallaşar və 25 yaşa qədər inkişaf edər, sonra isə tədricən fəaliyyəti azalmağa doğru istiqamətlənir.

 Prostat iltihablarına_Prostatit deyilir. Prostatitləri kəskin və xronoki olmaqla iki hissəyə ayırmaq olar. Kəskin prostatitlər qisa müddət ərzində baş veren əlamətlərlə başlaya bilir. Xəstələr əsasən aralıq nahiyyəsində ağrı, yandirma, göynəmə, sidik ifrazı zamani qaşınma yandirma, adi hallarda kanaldan şirə ifrazı olması, sidikdə və ya sirənin tərkibində qan olması, xəstələrdə agrılar, sidik ifrazinın çətinləşməsi, ifrazat vaxtı gücənmə, tam sidik ifraz edə bilməmək hissi əmələ gəlir. cinsi fəaliyyət zəifləyir, erkən boşalma və ya boşala bilməmək hallari meydana çıxır. Bundan başqa bədən hərarətinin qalxması, baş agrıları kimi şikayətlər də ola bilir. Prostatitlərin əsas səbəbləri sidik kanalına düşmüş və cinsi yolla yoluxmuş təhlükəli infeksiyalardır. bu infeksiyalar kişilərdə və qadınlarda rast gəlinir. cinsi əlaqə vasitəsi ilə yoluxur. bizim bəzi pasiyyentlərimizdə hətta qoruyucudan istifadə etdikləri vaxtda da bu infeksiyalarla yoluxma halları olmuşdur. Bizə müraciət edən pasiyentlərimizin əksəriyyəti həkimə müraciət etmədən, bəzən sadəcə apteklərə müraciət edib hər hansi dərmanlarla xəstəliyi düzgün müalicə etməmiş, özü özunü müalicə edən xəstələrdir ki, artıq bizə müraciət etdikləri vaxt onlarda prostatitin gecikmiş və xroniki fomalara keçmiş, ağirlaşmiş formaları müşahidə edilir. Xəstəliyin gecikdirilmiş formalari daha ağır nəticələrə: İmpotensiya və Sonsuzluğa gətirib çixarir. Bizim klinikamizda bu xəstəliklər və infeksiyalar vaxtinda aşkarlanır və şəxsən mənim tərəfimdən qisa müddət ərzində müalicə olunur.  Bu vəzin ifraz etdiyi mayenin əsas fizioloji tərkibi fosfollipidlər, lipid cisimcikləri , limon turşusu, və xususi qoxu verən spermin adlı maddə və digər bio-kimyəvi maddələrdən ibarətdir. Funksiyası kişi cinsi hüceyrəsi spermatozoidin saglam şəkildə yumurta hüceyrəyə çatana qədər onu qorumaq, və lazımı qida maddələri ilə təmin etməkdir. Prostat vəzi şabalidabənzər orqandır. şirə ifraz etmək onun vəzili hissəsinin işidir. Şirəni xaricə atmaq isə onun əzələvi hissəsinin ritmik yiğılmaları hesabına olur. Son dovrlərdə isə aşkarlanıb ki, prostat vəzi və xayalar arasında endokrin aslılıq vardır. belə ki prostat vəzisi çıxarılmış insanların xayalarında funksiyaların zəifləməsi baş verir.

Toxum kisəcikləri-Prostat vəzin üstundə yerləşən cüt orqandır. uzunsov formadadır. xususi axacaqla cinsi kanala qoşulur. Bu vəzilər spermanın çox hissəsini təşkil edir 50-60 %. əsas funksiyasi spematozoid huceyrəsinin energetik və qida maddələrinə olan təlabati ödəməsidir. Toxum kisəcikləri fruktoza, ionlar, proteinlər, askorbin turşusu və prastaglandinlər də ifraz edir. Beləliklə ifraz olunan spermanın 30%-i prostat 60 %-i toxum kisəcikləri qalanı isə bulbouretral vəzilər xaya artimları və xayaların payına düşür. Bəzən kişilərdə belə bir düşüncə var ki "məndə prostat var " -bu problem deyil. hər bir kişidə prostat var ancaq bu vəzi də toxum kisəcikləri də xəstəliyə rast gələ bilir. Prostatit, prostat adenoması, prostat Xərçəngi,  Vezikulit-toxum kisəcikləri iltihabı və s. bu xəstəliklərə aiddir.

                                                                                                                              Oxuyuculara Təşəkkürlər.                                           DR. Həsən Səmədov