CİNSİ XƏSTƏLİKLƏR VƏ SEKSUAL-PSİXOLOJİ PROBLEMLƏRİN ANONİM ŞƏKİLDƏ BƏRPAEDİCİ KOMPLEKS MÜALİCƏSİ

Cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır...

Dr.Həsən Səmədov

androloq-seksoloq

Andrologiya və seksologiya

Seksologiya- insanin cinsi, seksual munasibətlərini öyrənən elm və tababətin bir bölməsidir. Ümümiyyətlə sekologiya sosial-psixoloji-fəlsəfi elm sahəsi olmaqla yanaşı həm də seksopatologiya ilə çox əlaqədardır. Seksopatalogiya isə tibbin bir sahəsi olub, seksual munasibətin və cinsəlliyin xəstəliklərinin müayinə, mualicəsi, statistikası, araşdırması ilə məşğul olan bölümdür.

Havelock_Ellis  seksologiyanin banisi(Havelock_Ellis seksologiyanın banısi) Muasir seksologiyanı və seksopatologiyanı biologiya, antropologiya, təbabət, statistika, Psixologiya, pedaqoqika və kriminalistikasız tesevvür etmək olmaz. Hörmətli oxucular demək istəyirəm ki, insan həyatını onun sosial psixologiyasını seks faktorı olmadan təsəvvür etmək çətindi. Seks sözünə bəzən “ayıb” ya “utanılır” anlamda yanaşırlar. Xususi ilə Azərbaycan və orta –yaxın şərq ölkələrində bu cur yanaşırlar. SEX sözü latıncadan –sexus, yani cinsi anlamına gəlir. Bu məna həmçinin koitus –cinsi akt (əlaqə) sözü ilə də yaxınlıq kəsb edir. Biz son 6 illik təcrubəmizdən sizə deyə bilərəm ki, bu mövzuda insanların, pasiyentlərin fikirləri müxtəlif olur. Yani seks mövzusuna insanlar, pasiyentlər ancaq xəstəlik vaxti və ya cinsi istək vaxti diqqət edirlər. Əminliklə deyə bilərəm ki, insanın həyatında, hər anında  seks önəm təşkil edir. Bunun üçün bəzi misallar gətirmək istəyirəm:

Seksual munasibəti pis olan insan əsəbi, həyata həvəssiz, ruh düşgünlüyü, stres faktorları ilə qarşılaşır. Bunu məhşur Psixoanalitik Sigmund Freud qeyd etmişdir. O sübüt etmişdir ki, normal cinsi fəaliyyəti olan insan daha xoşbəxt, daha optimist və daha pozitiv olur, həyat eşqi ilə yaşayır. Şəxsən həkim kimi oz praktikamda olan pasiyentlərdən bəziləri seksual sferada xəstəlikləri olduğu üçün, bu səbəbdən cinsi funksiyasi pozulduğu üçün özünü bədbəxt hiss edir. Hansi ki Həmin insan həyatda və cəmiyyətdə hər tərəfli öz yerini tutmuşdur. Belə misallar yüzlərlə misal çəkmək olar. Bunun səbəbi həm bioloji həm də psixoloji faktorla əlaqədardır. Təbiətə diqqət yetirsək heyvanlarda da bunun müşahidə olunduğunu görərik. Məsələn: cinsi vəziləri cixarılmış heyvan özünü halsız yorğun hiss edir. Digər fərdlərdən ayrılır. Aktivliyi aşağı düşür. Bunun səbəbi isə cinsi hormonlarla əlaqədardır.

Bu səbəbdən insan seksə öz bədəninin xususiyyəti kimi yanaşmalı. Mütəmadi bu mövzu ilə maraqlanmalı, normal seks, normal cinsi munasibətin sirlərini öyrənməli, hətta bu sahədə özünü marifləndirməlidir. Hələ bizim əcdadlarımız şərq ölkələrində müxtəlif seksual cəryanlar, fəsəfi-seksual idealogiyalar formalaşdımışlar. Bunlardan bəziləri günümüzə gədər gəlib çıxmışdır. Mantek Cia, Kamasutra, Tantra və s. Bunlara misaldir.

(Sigmund Freud Psixoanalizin banisi)  Andrologiya-Tibbin bir bölümüdür. Bəzi ölkələrdə andrologiaya ayri sahə, bəzi ölkələrdə isə bölümaltı sahə kimi tətbiq edilir. Andro-sozu kişi+ logos elm deməkdir. Muasir Andrologiya Kişi cinsi xəstəliklərini. Cisi sferanın xəstəliklərini, reproduksia-coxalma funksiyasının patologiya, diaqnistika, müalicəsi ilə məsqul olan tibbin bir parçasıdır. Andrologiyanı da Seksologiyasız təsəvvur etmək olmaz.  Hər bir kişinin digər orqanları kimi onun cinsi orqanları da xəstəliklərlə qarşilaşa, yoluxa  bilir. Bu xəstəliklər nəinki hər bir fərdin problemi həm də cəmiətin sosial, psixoloji probleminə çevrilir. Təsəvvur edin bir cəmiət ki o cəmiətdə reproductiv fəaliyyəti olmayan kişilər çoxluq təskil edir. Və ya cinsi disfunksiyanın cox olduğu cəmiət. Her bir saglam cəmiət saglam bədəndən və saglam münasibətlərdən başlayır. Bunların ustundə saglam ailə qurulur. Saglam ailə Saglam Cəmiət deməkdir. Bu da insan nəslinin davamı və inkişafi deməkdir.

                                   Oxuyuculara Təşəkkürlər                                        Dr. Həsən Səmədov