CİNSİ XƏSTƏLİKLƏR VƏ SEKSUAL-PSİXOLOJİ PROBLEMLƏRİN ANONİM ŞƏKİLDƏ BƏRPAEDİCİ KOMPLEKS MÜALİCƏSİ

Cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır...

Dr.Həsən Səmədov

androloq-seksoloq

Cinsi infeksiyaların müayinəsi

Bütün dövrlərdəki kimi indiki dövrdə də insan hər an infeksiyalarla qarşılaşır. Mikroorqanizm və insan bunlar ayrilmaz vəhdət təşkil edir. Mikrorqanizmlər və insan arasındakı gedən münasıbətlərə baxsaq. Mikrobları 3 yerə bölmək olar: patogen-xəstəlik törədənlər, Şərti patogen-şəraitdən aslı olaraq xəstəlik törədənlər, qeyri-patogen-xəstəlik törətməyənlər. Bütün orqan və toxumalar kimi cinsi yollarin da özünə məxsus infeksiyaları, xəstəlik törədən və törətməyən (normal mikroflora) mikroorqanizmləri vardır. Birdə oxuyucularımıza və pasiyentlərimizə bildirmək istəyirəm ki infeksiya sözü mikrob-mikroorqanizm anlamına gəlməməlidir. İnfeksiya mikroorqanizmin torətdiyi prosesin adıdır.

Cinsi yollarin infeksion xəstəliklərini mikroorqanizmin növünə görə: bakterial, virus, ibtidai canlılar, göbələk və keçid forma (ureplasma, mikoplasma, xlamidia) orqanizmlərə bölmək olar.

Bundan başqa cinsi infeksion prosesin torədicilərinə görə spesifik, qeyri spesifik olmaqla 2 yerə bölmək olar. Törətdiyi orqana görə: Uretrit-kanalın iltihabı, prostatit-Prostat vəzin iltihabi, vezikulit-toxum kisəsi iltihabı, kollikulit-toxum məməciyi iltihabı, epididmit-xaya artiminin iltihabi, orxit-xayaların iltihabı və s. Ayırd etmək olar.

Bildirmək istəyirəm ki, patogen mikrorqanizmlər cinsi orqanlarda iltihab prosesi törədir və bu da həmin orqanın zədələnməsinə gətirib çıxarır ki, bu da öz növbəsində gələcəkdə cinsi funksiyanın, sidik ifrazat funksiyasının pozulmasına, sonsuzluğa qədər gətirib çıxarır.  

Əlamətlər və Simptomlar: Cinsi infeksiyaların əlamətləri zədələnən orqanın yerindən və qurluşundan aslı olur.  Belə ki, Kanalda olduqda: kanalda yandırma hissi, tez tez sidiyə çağırış, sidik ifrazı zamanı yanğı hissinin artması, kanaldan-şirə-ifrazat gəlməsi, sidik ifrazi zamanı gücənmə və sidiyin qalma hissi, kanalda ağrı hissi, ümümi bədən temperaturunun artması, halsizlıq, yorğunlu, Cinsi disfunksiya. Prostatda olduqda: əlavə olaraq aralıqda ağrı, xayanın arxa hissəsində “daş sallanma” hissi, sidik ifrazı, qalma, gücənmə, tam gedə bilməmək hissi, qasıq və bel nahiyəsində yayılmış ağrılar. Xayalıqda olduqda: xayada ağrı, əl vurduqda ağrının artması, xaya dərisində qizarma, şişkinlik, bədən temperaturu  arışı və s.

Qeyd etmək istəyirəm ki yuxarıda sadaladığımız əlamətlə nisbidir. Belə ki bəzi infeksiyalarda bu əlamətlər olmur və ya silinmiş olur. O da ancaq test-analizlərlə aşkarlanır. Cinsi infeksiyalar nəticəsində baş vemiş dəyişikliklər bir kişini və bir qadını bütün həyatı boyu cəkəcəyi əzaba düçar edə Hər infeksion prosesdə bunların 100 minlərləsi məhv olur, hər gün infeksiyanı özündə gəzdirən insan bədəndə geridönməz proseslərlə üzləşir. Məhf olmuş kiçik incə borucuqların, axacaqların divarında fibroz-kalsinatlı bərkimələr əmələ gəlir ki bu da gələcəkdə cinsi disfunksiya və sonsuzluq əmələ gətirir. O səbəbdən də özünüzü infeksiyadan qoruyub və əgər yoluxmusuzsa dərhal həkimə müraciət edin ki, Gələcəyiniz Və Cinsi seksual reproduktiv fəaliyyətiniz məhv olmasın.